Azərbaycan klubu azarkeş yığmaq üçün maraqlı üsula əl atıb – FOTO

Azərbaycan klubu azarkeş yığmaq üçün maraqlı üsula əl atıb – FOTO
17:10 15-02-2018 | icon 74

Azərbaycanın I divizionunda mübarizə aparan və növbəti mövsüm elitaya yüksəlməyi qarşısına hədəf qoymuş “Xəzər” klubu azarkeş yığmaq üçün maraqlı üsula əl atıb.

Millətinsəsi.info xəbər verir ki, 90 dəqiqə ərzində Bakı komandasını dəstəkləyənlərə beş manat verilir.

Bu elan bu gün keçirilmiş I divizionun XIV turunun “Xəzər” - “Sabah” oyunundan əvvəl verilib. “İnter Arena”da keçirilmiş görüşdə meydan sahibləri Təhsil Nazirliyinə məxsus “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.

Zaur Məmmədov Zakiroğlu adlı şəxsin şəkli.

Səbuhi TOFİQOĞLU