Moskvada Lotu Qulinin adamları saxlanıldı

Moskvada Lotu Qulinin adamları saxlanıldı
13:15 15-02-2018 | icon 106

Çərşənbə günü gecə saatlarında Moskvada FTX ilə cinayət axtarış əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində  Nadir Səlifovun (Lotu Quli) “qanuni oğru” klanının  üzvləri saxlanılıb. Lotu Qulinun adamları  başda Afo ləqəbli Fuad Rzayev olmaqla, azərbaycanlı biznesmenlərə üzərinə “haqq” qoyub. Onlar  ödəniş etməkdən imtina edəcəkləri təqdirdə iş adamlarının ailələrinə divan tutmaqla  hədələyib.

Millətinsəsi.info xəbər verir ki, bu barədə Moskva şəhər hüquq mühafizə orqanlarından məlumat daxil olub.

Quldurlar bu yollar hər ay sahibkarlardan iki milyon rubla yaxın pul yığıb. Bütün bunlara tez- Lotu Qulunun tez-tez Türkiyədə Rusiyaya gələn qardaşı Namiq Səlifov  başçılıq edir.

Xəbərə görə, Rzayevin evinə edilən reyd zamanı,  sonuncu öz mobil telefonlarını məhv etməyə çalışıb və öz qarın nahiyəsinə bıçaq zərbələri endirib. Bıçaq xəsarətlərinin ciddi olmadığı bildirilir.

Paralel olaraq Dolqoprudnıda aparılan əməliyyatda, Rzayevin yaxın çevrəsindən olan 10 a yaxın şəxs  saxlanılıb. Onların cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.  Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı  biznesmenlər  bir müddət əvvəl Lotu Quludan polisə şikayət edib.  Şikayət əsasında hədə qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.  

Quli öz hazırda İstanbulda yaşayır, qanunla bağlı problemləri olduğu üçün Rusiyaya səfər edə bilmir. Rusiya hüquq mühafizə orqanları Səlifovun yaxalanması üçün  ciddi şəkildə məşğul olur.

Ülvi Kərimov