Ötən ay qida, elektrik enerjisi, qaz istehsalı azalıb

Ötən ay qida, elektrik enerjisi, qaz istehsalı azalıb
12:50 15-02-2018 | icon 50

2018-ci ilin yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib.

Millətinsəsi.info xəbər verir ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2 faiz, hazır metal məmulatlarının istehsalı 81,5 faiz, mebel istehsalı 8,0 faiz artıb.

Qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 24,8 faiz, geyim istehsalı 52,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,9 faiz, kağız və karton istehsalı 17,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz azalıb. 

Eləcə də, kompüter və elektron məhsulların istehsalında 23,2 faiz, elektrik avadanlıqlarının istehsalı 22,3 faiz, maşın və avadanlıqların istehsalı 29,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 67,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 6,0 faiz azalma baş verib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2 faiz azalıb.

L.Ə.