Zeynal Nağdəliyev: Bizi məsuliyyətli, gərgin proses gözləyir

Loading...
Zeynal Nağdəliyev: Bizi məsuliyyətli, gərgin proses gözləyir
12:20 15-02-2018 | icon 14

Seçici siyahılarının dürüstlüyü daim diqqət mərkəzindədir.

Millətinsəsi.info Report-a istinadən xəbər verir ki, bunu dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən müşavirədə Azərbaycan prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev deyib.

Z.Nağdəliyev qeyd edib ki, səsvermə günü üçün 1000 məntəqədə veb-kameraların quraşdırılması mühüm məsələdir: 

“Seçki bitdikdən sonra nöqsanlar olubsa, növbəti seçkidə bu cür nöqsanlara yol verilməməyə çalışılır. Seçkilərin yüksək səviyyədə keçirilməsində hər bir kəsin zəhməti var.

Vəzifəmiz ondan ibarətdir ki, seçkilər şəffaf keçirilsin, qanun pozuntusuna yol verilməsin. Hamımızı məsuliyyətli, gərgin proses gözləyir”.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

E.Ə.

loading...