“Western Union” pul transferi üçün “Ripple”i sınaqdan keçirir

Loading...
“Western Union” pul transferi üçün “Ripple”i sınaqdan keçirir
10:15 15-02-2018 | icon 15

Beynəlxalq pul köçürmələrini asanlaşdırmaq istəyən maliyyə xidmətləri şirkəti “Western Union” “Ripple” texnologiyasını sınaqdan keçirdiyini açıqlayıb.

Millətinsəsi.info xəbər verir ki, razılaşma baş tutarsa, beynəlxalq pul transferləri 3-5 günə deyil, dörd saniyəyə reallaşacaq. 

Şirkətin maliyyə direktoru Raj Agraual pul transferlərinin asanlaşdırılması üçün “Ripple” texnologiyasının istifadə edilməsinin planlaşdırıldığını deyib. 

“Western Union” ötən il milyardlarla dollarlıq pul transferinə imza ataraq, 1.4 milyard dollar gəlir əldə edib.

Əməliyyat sürəti ənənəvi bankçılıqda 3-5 gün çəkir. Halbuki blokçeyn texnologiyası ilə transferləri daha qısa müddətdə həyata keçirmək olar.

Bu müddət “Ethereum” üçün iki dəqiqə, bitkoin üçün bir neçə saatdır. Yalnız “Ripple” dörd saniyədə pul transferini həll etdiyini iddia edir.

L.Ə.

loading...