DSMF-nin Lerik rəisi nazirin pensiya kəsdiyi xərçəng xəstəsindən rüşvət istəyirTəhdid/Foto

Loading...
DSMF-nin Lerik rəisi nazirin pensiya kəsdiyi xərçəng xəstəsindən rüşvət istəyir – Təhdid/Foto
21:48 14-02-2018 | icon 50

“Şəkildəki kişi atam, Lerik şəhər sakini Ağayev Yunus Hilal oğludur. Zəhmətkeş atam 16 yaşından dövlət üçün işləyib. Ötən ildən isə ağır xəstəliyə, xərçəngə düçar olub və əmək fəaliyyətini itirib”.

Saytımızın məlumatına görə, bu sözləri Yeganə Abbasova Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, xərçəngdən əziyyət çəkən xəstələrin xərci həddindən artıq çoxdur.

1

“Hər dəfə şüa və digər prosedurları keçməsi üçün xeyli xərc tələb olunur. Atamın yaxşı təsərrüfatı, mal qarası da var idi. Mal qarasını da sataraq müalicəsinə sərf edib.

Əlqərəz, 6-7 ay bundan əvvəl atam dövlətin onun kimi ağır xəstələr üçün nəzərdə tutduğu pensiya hüququndan istifadə etmək istəyib və buna görə Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müvafiq sənədlərlə müraciət edib.

Amma şöbədə süründürməçilik və biganəliklə üzləşib. Səbəbini soruşduqda isə şöbənin müdiri Malik Mirzəyev birbaşa deyib ki, əgər pensiyaya çıxmaq və yaxşı pensiya almaq istəyirsənsə əlin cibində olsun və atamdan 3 min manat istəyib”,-deyə şikayətçi bildirib.

Ahıl kişi DSMF-nin Lerik şöbəsində sual edib ki, nə qədər ömrüm qalıb o pulu sənə borc-xərc edib verim:

“Elə o pulum olsa, özümə xərcləyərəm. Bu Malik Mirzəyev də deyib ki, oğlunun qoyunları var, get sat gətir ver.

Kişi də deyib ki, onun da bir çətən külfəti var, onsuz da o da mal qarasını mənə görə satır, məni müalicə elətdirir. Qeyd edim ki, 3 qardaşım da var.

Onların da heç birinin işi yoxdur. İkisi Bakida günəmuzd fəhləlik edir. Kiçik qardaşım isə rayonda təsərrüfatla məşğudur”.

Sonunda Y.Ağayev məcbur qalaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gedib: “Bundan sonra sənədləri rayon şöbəsi tərəfindən qəbul edilib.

Atamın Bakıya şikayətə getməyindən hiddətlənən Malik Mirzəyev atası yaşında olan atamı təhqir də edib ki, “işverənsən”, demaqoqsan və s.

Amma sənədlər göndərilib. Buna baxmayaraq sənədlərdən bir xəbər də gəlməyib. Atamın şöbəyə çoxsaylı müraciətlərinə də “hələ kağızlar gəlməyib”, deyə cavab verilib.

Atam məcbur qalaraq yenə Bakıya şikayətə gedib və məlum olub ki, sənədlər çoxdan göndəriib, amma müdir sadəcə sənədləri gizlədib.

Nəhayət, iş gəlib pensiya məbləğinin təyinatına çatıb. Müdir deyib ki, pul verməsən sənə ən az məbləği təyin edərik və bu dəfə 2000 AZN rüşvət istəyib.

Müdir deyib ki, bu məbləğ verilsə atama 300 manatdan artıq pensiya təyin olunacaq. Sözsüz ki, yarıcan və kasıb atamda pul yoxdur ki, məmura rüşvət verə.

Nəticədə isə atama cəmi 103 manat, yəni ömründə bir gün belə işləməyən adam kimi pensiya təyin olunub.

Atam nə qədər yalvar-yaxa eləsə də, hətta ona bir qoyun gətirib verəcəyini də boyun olsa da müdir ağa buna razı olmayıb və atam yenidən Bakıya şikayətə gedib”.

Y.Abbasova yazır ki, Bakıdan məktub göndərilib: “Ki, adama pensiyası rəsmi staji 28 il doqquz aya uyğun təyin edilsin. Qeyd edim ki, atam Bakıya şikayətə yalnız Onkoloji Mərkəzdə prosedurlara gələndə gedib, yəni xüsusi olaraq şikayətə gəlməyib.

Son sənəd məsələsindən isə bərk hiddətlənın Malik Mirzəyev bü gün atamı ağır şəkildə təhqir edib. Görün bu qudurğan nələr söyləyib: “Sən ölsən də 103 manatdan artıq pensiya görməyəcəksən. Nə buynuz çıxarıb ora-bura vurnuxursan?

Sənin ağlın olsaydısa Bakıya şikayətə qaçmazdın, pulu tapıb gətirib verərdin. Sən bilmirsən ki, mən burda elə-belə oturmamışam. Mən də yuxarıya, yuxarı da lap yuxarıya haqq verir.

Get kimə şikayət edirsənsə elə. Hamımız bir-bizimizə bağlıyıq. Onlar sənin şikayətini mənim üstümə yollayacaq, mən də arxamı onunla silib atacam”.

Bu harın insan yarıcan atamı döymək də istyib və hədələrini də davam edib: “Sən Altay Mirzəyevi eşitməmisən.

O mənim müstəntiq qardaşımdır və o qədər sənin kimilərini gedər-gəlməzə yollayib ki…Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərərəm” və s.

Qeyd edim ki, xəstəlik atamın boğazındadır və onu əsəbləşdirəndə boğazı təmiz tutulur, nəinki danışa heç su da qəbul edə bilmir.

Bunu görən və bilən Allahsız məmur isə atama birbaşa qəsd edib. Hazırda vəziyyəti çox ağırlaşıb. Bəyan edirəm ki, atamın başına nəşə bir iş gəlsə, hər kəs bilsin ki, onun qatili Malik Mirzəyev olacaq”.

Mənbə:AzEuroNews.com

loading...