Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayıb

Loading...
Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayıb
21:40 14-02-2018 | icon 16

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyi tərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.

Millətinsəsi.info RT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.

“Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların  hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”, - deyə nazir vurğulayıb.

A.M.

loading...