Artur Rasizadə Milli Məclisə hesabat verəcək

Artur Rasizadə Milli Məclisə hesabat verəcək
21:33 14-02-2018 | icon 54

Hökumət mart ayında Milli Məclisə hesabat verəcək.

Millətinsəsi.info-nun əldə etdiyi məlumata görə, Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabatın martın 10-19 aralığında verilməsi gözlənilir.

İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcəklər.

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda parlamentin 2 plenar iclası keçirilib. Milli Məclisin növbəti plenar iclası fevralın 23-də keçiriləcək.