BOK idmançılara medal əvəzinə oyuncaq verməsinə aydınlıq gətirdi – FOTO

Loading...
BOK idmançılara medal əvəzinə oyuncaq verməsinə aydınlıq gətirdi – FOTO
18:20 14-02-2018 | icon 23

Cənubi Koreyanın Pyançanq şəhərində keçirilən Qış Olimpiadasında qaliblərin ağ rəngli ayı oyuncaqları ilə təltif edilməsi narazılığa səbəb olub.

Millətinsəsi.info xəbər verir ki, mükafatçılar podiumda şəkil çəkdirərkən medallarla yox, məhz bu görüntülərlə yadda qalırlar.

Tamaşaçılar isə sosial şəbəkələrdə bunu kəskin şəkildə tənqid etməyə başlayıb. 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna aydınlıq gətirməyə çalışıb. Əvvəla, bildirilib ki, bu, ağ ayı yox, ağ pələngdir. Ağ pələng Koreya mifologiyasında qoruyucu heyvan simvoludur və məhz buna görə Olimpiadanın maskotu seçilib.

BOK-un Kommunikasiyalar üzrə direktoru Mark Adams qeyd edib ki, əvvəllər mükafatlandırma mərasimlərində gül verilirdisə, indi bunu oyuncaqlar əvəzləyib. Medallar isə hava soyuq olduğundan axşam qapalı zalda ayrıca keçirilən mükafatlandırma mərasimində verilir.

Qeyd edək ki, əvvəllər də hava soyuq olduğundan belə kiçik mükafatlandırma mərasimləri keçirilib. İlk dəfə bu praktikadan 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilmiş Qış Olimpiadasında istifadə olunub.

Sonda onu da bildirək ki, bu oyuncaqlar Çində hazırlanır və onların oxşar versiyası rəsmi Olimpiya mağazasında 25 min vona (40 manat) satılır.

Women deliver the white tiger of Korean mythology

Səbuhi TOFİQOĞLU

loading...