Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ölüb 

Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ölüb 
18:28 07-04-2021 | icon 110

Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib. Bu barədə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva vəfat edib. 

Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.

Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub.

O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 




0.3437180519104