İki metrlik köpək balığı çimərlikdə təşviş yaratdı - VİDEO

İki metrlik köpək balığı çimərlikdə təşviş yaratdı - VİDEO
05:42 07-04-2021 | icon 106

Sidney yaxınlığında iki metr uzunluğunda olan köpək balığı insanlarla dolu çimərliyə doğru hərəkət edib və sahildə ilişib qalıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Əvvəlcə insanlar təşvişə düşüblər. Sonra onlar köpək balığının yaralı oduğunu görüblər, balıq 30 sm-dən də dayaz olan suda hərəkət edə bilməyib.

Üç kişi onu dərin yerə aparmağa çalışsalar da bacarmayıblar, balıq yenidən geri çimərliyə tərəf üzüb.

Onun sonrakı taleyi barədə məlumat verilməyib.




0.2829601764679