Qazaxlı məmur 30 ilin müəlliməsinə zibil pulu yığdırıb, maaşını vermir

Qazaxlı məmur 30 ilin müəlliməsinə zibil pulu yığdırıb, maaşını vermir
14:35 05-04-2021 | icon 327

0 ilə yaxın müəllimə işləyən Qazax Rayonunun Cəfərli kənd sakini Məmmədova Səkinə müəllimə indi dolanmaq üçün süpürgəçi işləmək istəyib. Dediyinə görə, onu bu istəyindən xoşniyətlilik məqsədi ilə döndərib başqa iş veriblər. Amma ay sonu ona maaş ödənməyib. 

MillətinSəsi.info xəbər verir ki, Regionnews.az-a danışan Səkinə Məmmədova deyir ki, Bakıda yaşamışam, 2003-cü ildə Qazaxın Cəfərli kəndinə köçmüşəm, uzun müddət müəllimə işləmişəm: 

"Sonra yaşla bağlı işdən çıxdım, ona görə də pul alıram. Amma aldığım pul məni təmin etmir. Təzyiqli adamam, çatdıra bilmirəm. Gözdən əlil, sümük əyriliyi olan nəvəmə baxıram. Düşünürdüm ki, gedib süpürgəçi işləyim. Qazax Kommunal Müəssisələr Kobinatının rəhbəri Nəsibov Sərxana müraciət etdim. Dedi ki, sənə süpürgəçilik verə bilmərəm, sən müəllimə işləmisən. Sonra fevral ayı mənə zibil pulu yığmaqla bağlı iş təklifi etdi. Evlərə gedib pul yığırdıq. Aprelin 1-ə kimi zibil pulu yığdım. Amma mənim əmrimin verilməsi ilə bağlı iş uzandı. Məni işə götürmədi". 

Məsələ ilə bağlı danışan Kommunal Müəssisələr Kombinatının rəhbəri Sərxan Nəsibov dedi ki, onu nəzarətçi kimi işə götürdüm ki, yığdığı pula görə 20 faiz ona ödəniləcək: 

"Bildirdim ki, siz işə başlayın, yaxşı pul yığa bilsəniz mən sizi işə götürəcəm. Yəni faizlə, ştata keçirib aylıq 250 manat maaş verəcəm. Birinci ay ümumilikdə 127 manat pul yığmışdı. Gəlib dedi ki, nə qədər pul verəcəksən? Bildirdim ki, yığdığın pulun 20 faizi ödənəcək. Amma Səkinə xanım razı olmadı. Heç olmasa 400-500 manat yığmalı idi ki, mən ona 250 manat maaş verə bilim. Məcbur qalıb ona 100 manat pul verdim. 100 manatı camaatın içində məndən alıb getdi. Dedi bilmirəm, verməlisən mən acımdan ölürəm. Bundan əlavə məhkəmənin sədri məndən xahiş etdi. Ona bir iş verməyimi istədi. Mən də onun xahişini nəzərə aldım. Səkinə xanıma koronavirusa qarşı peyvəndin vurdurmasını dedim. Səkinə xanım isə qayıdıb bildirdi ki, nə zaman məni ştata keçirərsən, maaş kartımı verərsən, o zaman gedib peyvənd olunaram.  Mən bu şərtlə razı olmadım. Çox dedim ki, gedib peyvənd olunsun, gəlsin işlə təmin edək. Camaatın içində mənə vurdurmayacağını, ancaq o şərtlə peyvənd olunacağını dedi. Mən də ona mümkün olmayacağını deyib yola saldım. Bu gün isə bizə məlumat çatıb ki, əslində daha çox pul yığıb. Komissiya təşkil etmişəm, araşdırıb vəziyyəti sizə də bildirəcəm. Mən razıyam ki, siz də işi nəzarətdə saxlayasanız". 

qadin

Qazaxlı məmur 30 ilin müəlliməsinə zibil pulu yığdırıb, maaşını vermir  - İDDİA 
Qazaxlı məmur 30 ilin müəlliməsinə zibil pulu yığdırıb, maaşını vermir  - İDDİA 



0.61960792541504