İctimai Birliyin sədri: “Mina səbəbindən öz evimizə qədər olan 20 metr məsafəni gedə bilmədim”

İctimai Birliyin sədri: “Mina səbəbindən öz evimizə qədər olan 20 metr məsafəni gedə bilmədim”
11:35 05-04-2021 | icon 114

“2021-ci ilin son üç ayı ərzində işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni keçən 30 nəfər qeydə alınıb”. Bu sözləri Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə çıxış edən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. 

O bildirib ki, mina partlayacaqsa, onun üçün qurbanın fərqi yoxdur:

“Bizdə Suqovuşanda üç nəfərin minaya düşməsi ilə bağlı məlumat var. Eləcə də Ağdamda bərpa prosesinə cəlb olunan maşının tank əleyhinə minaya düşməsi barədə də informasiya əldə etmişik. Hətta Füzulidə partlayış səslərini özümüz də eşitdik.

Son zamanlar Azərbaycanda minaya düşənlərin sayı çoxdur. Bu səbəbdən xahiş edirik ki, minaların təmizlənməsi prosesinə ehtiyatlı olmaqla öz dəstəyinizi verəsiniz. Dünyanın beş qitəsində olmuşam, amma mina səbəbindən öz evimizə qədər olan 20 metr məsafəni gedə bilmədim”.

 




0.33735013008118