Salyanda qəza: 15 və 20 yaşlı iki gənc xəsarət aldı

Salyanda qəza: 15 və 20 yaşlı iki gənc xəsarət aldı
01:05 13-10-2019 | icon 29

Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.  

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

“VAZ-2104” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Əkrəm Əlibaba oğlu və Salyanın Şorsulu kənd sakini, 2004-cü il təvəllüdlü Feyzullayev Rəvan Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb və ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.  

Faktla bağlı araşdırma aparılır.