Tovuzda ürəyindən bıçaqlanan gənc xəstəxanaya çatmamış öldü

Tovuzda ürəyindən bıçaqlanan gənc xəstəxanaya çatmamış öldü
21:10 12-10-2019 | icon 58

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. 

milletinsesi.info xəbər verir ki, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu ürəyindən bıçaqla xəsarət alıb. 

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda keçinib. 

İkin məlumatlara görə, hadisə Kür çayının yaxınlığında yerləşən kafelərdən birində baş verib.  

Hazırda qətli törədən şəxsin istintaqa cəlb olunması istiqamətində Tovuz rayon Polis Şöbəsi tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb.