Tofiq Musayev Yaponiyada avstraliyalı rəqibini nokauta saldı - VİDEO/FOTO

Tofiq Musayev Yaponiyada avstraliyalı rəqibini nokauta saldı - VİDEO/FOTO
13:20 12-10-2019 | icon 43

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev ardıcıl 12-ci qələbəsini qazanıb.

milletinsesi.info xəbər verir ki, o, Yaponiyanın Rizin Döyüş Federasiyasının təşkil etdiyi “Rizin-19” Qran-Prisində avstraliyalı Damyen Braunla qarşılaşıb.

Osaka şəhərində rinqdə keçirilən döyüşdə idmançımız elə birinci raundda rəqibini məğlub edib. O, 4 dəqiqə 14 saniyəyə rəqibini küncə sıxışdıraraq sağ və sol yumruq zərbələri ilə yerə sərib.

Beləcə, hakim görüşü dayandıraraq qələbəni Tofiqə verib. Bu, 29 yaşlı Tofiq Musayevin 19 görüşdə 16-cı qələbəsi olub. 34 yaşlı Damyen Braun isə 32-ci döyüşündə 13-cü məğlubiyyəti ilə üzləşib.

Qeyd edək ki, Tofiq Musayevə bu qələbəyə görə kubok verilib. O isə ingiliscə çıxış edərək təşkilatçı ölkə Yaponiyaya təşəkkür edib.

Səbuhi Musayev