Qonşular mübahisə etdi, gənc sinəsindən bıçaqlandı

Qonşular mübahisə etdi, gənc sinəsindən bıçaqlandı
00:00 12-10-2019 | icon 29

Bakının Suraxanı rayonunda bıçaqlanma faktı qeydə alınıb.

milletinsesi.info xəbər verir ki, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi 21 ünvanında qonşular arasında baş verən mübahisə zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyat edilib. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.