Kredit kampaniyasının son üç günü

Kredit kampaniyasının son üç günü
19:50 11-10-2019 | icon 32

Bildiyiniz kimi, daim müxtəlif kampaniya və aksiyaları ilə müştərilərini sevindirən “Expressbank” 5 oktyabr “Müəllimlər günü” münasibəti ilə bütün təhsil işçilərinə xüsusi güzəştli kreditlər təqdim edir.

Belə ki, 15 oktyabr tarixinədək təhsil işçiləri istənilən Expressbank filialına yaxınlaşaraq zaminsiz və girovsuz əmək haqqının 15 misli qədər nağd pul kreditini komissiyasız əldə edə bilərlər! Kampaniyanın bitməsinə cəmi 3 gün qalsa da, 0% komissiya ilə kredit götürmək istəyən müştərilərin sayı gündən-günə artmaqdadır!  

İş vaxtı banka yaxınlaşa bilməyən təhsil işçilərini də unutmadıq! Belə ki, müəllimlərimiz şənbə günü saat 10.00 - dan 15.00- dək Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və Bərdə şəhərlərindəki filiallarda kredit sifarişlərini rəsmiləşdirə bilərlər. Həmçinin filiala gəlmədən də krediti növbəti linkdən online sifariş etmək mümkündür:  https://www.exb.az/loans/cash/

Əldə edilən kreditin rahat ödənişini, müştərilər Expresspay ödəniş terminalları vasitəsi ilə asanlıqla reallaşdıra bilərlər.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.