Tarakanov millimizə ilk məşqini keçdi - FOTO/VİDEO

Tarakanov millimizə ilk məşqini keçdi - FOTO/VİDEO
15:35 11-10-2019 | icon 28

Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi Aleksandr Tarakanov bu gündən işinə start verib.

milletinsesi.info xəbər verir ki, əvvəlcə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov rusiyalı mütəxəssisi komandaya təqdim edib. 

O, güləşçilərə tövsiyələrini verməklə yanaşı, yeni çalışdırıcının diqqətinə ilk növbədə millidə nizam-intizamı gücləndirməyin vacibliyini çatdırıb və heç kimə güzəşt etməməsini bildirib. Daha sonra Aleksandr Tarakanov yığma üzvləri ilə söhbət edərək onları özünün iş prinsipləri ilə tanış edib.

Ardınca millinin baş məşqçi vəzifəsində ilk hazırlıq prosesinə start verən təcrübəli mütəxəssis tez-tez məşqin gedişində müəyyən texniki elementləri idmançıların diqqətinə çatdırıb.

Qeyd edək ki, Aleksandr Tarakanov dünən türkiyəli baş məşqçi Şaban Donatın yerinə təyin olunub.