FHN generalına ağır itki : özəl təyyarə ilə Türkiyəyə getdi

FHN generalına ağır itki : özəl təyyarə ilə Türkiyəyə getdi
12:50 11-10-2019 | icon 1194

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədova ağır itki üz verib. 
AzEuroNews.com -un məlumatına görə, generalın bacısı oğlu Türkiyədə qaraciyərin bir hissəsinin transplantasiyası zamanı həyatını itirib. 

Əldə etdiyimiz məlumatda deyilir ki,  generalın 37 yaşlı bacısı oğlu uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkirmiş. Öz anasının qaraciyərinin bir hissəsinin köçürülməsi zamanı əməliyyat masasında həyatını itirib. 

Hazırda generalın bacısının da komada olduğu deyilir. 

FHN generalı ötən gün axşam saatlarında özəl təyyarə ilə Türkiyəyə gedib. 

Mənbə AzEuroNews.com