Bakıda “Jiquli” dirəyə çırpıldı, sürücü öldü - VİDEO

Bakıda “Jiquli” dirəyə çırpıldı, sürücü öldü - VİDEO
10:35 11-10-2019 | icon 54

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

milletinsesi.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 

Hadisə zamanı “VAZ 2107” markalı avtomobil dirəyə çırpılıb. 

Qəza nəticəsində sürücünün öldüyü qeyd edilir. Avtomobil yararsız vəziyyətə düşüb.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Samir İsayev