Abşeron rayonunda 42 yaşlı kişini avtomobil vurdu

Abşeron rayonunda 42 yaşlı kişini avtomobil vurdu
23:45 13-09-2019 | icon 49

Novxanı qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

milletinsesi.info xəbər verir ki, qəsəbə ərazisində minik avtomobili yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Quliyev Pərviz Fəyyaz oğlunu vuraraq, ona xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.