Qazaxda uçqun oldu: ölən və yaralanan var

Qazaxda uçqun oldu: ölən və yaralanan var
20:55 13-09-2019 | icon 51

Qazax rayonunda torpaq uçqunu baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

İlkin məlumatlara görə hadisə zamanı 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu həyatını itirib. 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə ağır xəsarət alıb.

O, Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisənin kanalizasiya sisteminin yeniləməsi zamanı baş verdiyi bildirilir.