Xaçmaz-Xudat yolundakı ağır qəzanın görüntüləri yayıldı - VİDEO

Xaçmaz-Xudat yolundakı ağır qəzanın görüntüləri yayıldı - VİDEO
16:55 13-09-2019 | icon 33

Xaçmaz-Xudat yolunda baş verən və beş nəfərin xəsarət alması ilə nəticələnən ağır qəzanın görüntüləri yayılıb. 

milletinsesi.info xəbər verir ki, qəza zamanı üç avtomobil toqquşub. 

Görüntülərdən məlum olub ki, “VAZ-2106” markalı qəfildən “VAZ-21015” markalı maşının qarşısına çıxıb və onunla toqquşub. Zərbədən sonra idarəetməni itirən “VAZ-21015”in sürücüsü qarşı yola çıxıb, bu zaman həmin yolla hərəkətdə olan “Qazel” markalı avtomobil ona çırpılıb. 

Hadisə nəticəsində xəsarət alanlar 1963-cü il təvəllüdlü Tofik Məmmədrza oğlu Axundov, 1988-ci il təvəllüdlü Raziyə Beybut qızı Axundova, 2014-cü il təvəllüdlü Nuray Mahir qızı Axundova, 2017-ci il təvəllüdlü Nilay Mahir qızı Axundova və 1999-cu il təvəllüdlü Allahverdi Behbudovdur.