Sevdiyi qızı qaçırmağa mane olanı bıçaqladı

Sevdiyi qızı qaçırmağa mane olanı bıçaqladı
12:20 13-09-2019 | icon 53

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, 1996-cı il təvəllüdlü Hüseyin Nağıyev sevdiyi Zülfiyyə Məmmədovanı qaçırmaq istəyib.

Hadisəni görən qızın tanışı Arzu Nəcəfov H.Nağıyeva mane olmaq istəyib. Mübahisə zamanı H.Nağıyev A.Nəcəfova dörd bıçaq zərbəsi vuraraq, Z.Məmmədovanı qaçırıb. 

Yaralı dərhal Tovuz Rayon Mərəzi xəstəxanasına çatdırılıb.Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.