İki övladını götürüb evdən qaçan qadın tapıldı

İki övladını götürüb evdən qaçan qadın tapıldı
11:10 13-09-2019 | icon 47

Ötən gün itkin düşən ana və iki övladı tapılıb.

milletinsesi.info-ın məlumatına görə, dünən səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək, evdən çıxan, psixi problemləri olan 1990-cı il təvəllüdlü Balayeva Qüdrətxanım Heydər qızı paytaxtın "Neftçilər" metrostansiyasının qarşısında saxlanılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.