Ermənistanda hərbçi intihar etdi

Ermənistanda hərbçi intihar etdi
10:10 13-09-2019 | icon 44

Ermənistanın Tavuş bölgəsində hərbçi intihar edib.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Onun sözlərinə görə, hərbçi özünü tövlədə asıb.

Hərbçinin meyitini qardaşı aşkarlayıb. Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb.

Hüquq-mühafizə orqanları intiharın səbəbini araşdırır.

Qeyd edək ki, intihar edən hərbçi müqavilə əsasında xidmət edirmiş.

Aqşin Kərimov