Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir
09:45 13-09-2019 | icon 29

Sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. 

Bu barədə milletinsesi.info-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

QSC-dən onu da əlavə ediblər ki, kollektiv yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır:

“Bu günlərdə dəmir yolunun xidmətlərindən istafadə etmək istəyənlərin sayı artdığından ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Eyni zamanda, 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir.

Yeni hərəkət cədvəlinə əsasən, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir”.