Amerikalı cütlük EKO etdi, asiyalı uşaq doğuldu

Amerikalı cütlük EKO etdi, asiyalı uşaq doğuldu
06:40 13-09-2019 | icon 50

Nyu-Cersi ştatından olan keçmiş ər-arvad reproduktiv klinikanı məhkəməyə veriblər.

Metro xəbər verir ki, qadına səhvən başqa kişinin sperma hüceyrələri yeridilib.  

Kristina Kedriç və Dryu Vasilevski səhvi sonradan görüblər: böyütdükləri qızda asiyalılara məxsus əlamətlər aşkarlanıb.

DNT analizi şübhələri təsdiqləyib – Vasilevski uşaqın bioloji atası deyilmiş. Həkim səhvi ailədə münaqişəyə səbəb olub və sonda cütlük ayrılıb.

Keçmiş ər-arvadın bildirdiyinə görə, uşaqlarının dünyaya gəlməsi üçün onlar həkimlərə 500 min dollar (850 min manat) xərcləyib.