"Vacib deyil": "Brexit" haqqında şəkilinin məhv olunmasına Benksi cavab verdi - FOTO

"Vacib deyil": "Brexit" haqqında şəkilinin məhv olunmasına Benksi cavab verdi - FOTO
05:25 13-09-2019 | icon 30

Britaniyanın məşhur strit-art rəssamı Benksi "Brexit" haqqında şəkilinin ağ rənglə boyalanmasına cavab verib.

Şəxsi "Instagram" səhifəsində o, bu addımın onun əvvəlcədən olan planları ilə üst-üstə düşdüyünü bildirib:

"" Brexit " günü bu şəklin dəyışdirilməsini düşünmüşdüm. İndi isə onu boyaladılar. Vacib deyil. Zənnimcə, böyük ağ bayraq həmin fikrin mənasını verir".

Şəkil 2017-ci ilin may ayında bir evin divarında çəkilib. Burada rəssam Avropa İttifaqının 12 ulduzundan birini çəkiclə sındırmaq istəyən fəhlə əks etmişdir.