Zibilyığan maşın aşdı, fəhlə yaralandı

Zibilyığan maşın aşdı, fəhlə yaralandı
01:25 13-09-2019 | icon 32

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, Balaxanı qəsəbəsi ərazisində Mənzil Kommunal İstehsalat Birliyinə (MKİS) məxsus zibil daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı idarədə fəhlə işləyən 1979-cu il təvəllüdlü Əsgərov Seymur Telman oğlu xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.