Sabunçu sakini keçmiş kürəkənini bıçaqladı

Sabunçu sakini keçmiş kürəkənini bıçaqladı
01:00 13-09-2019 | icon 29

Sabunçu rayonunda keçmiş qohumlar arasında münaqişə yaranıb.

milletinsesi.info xəbər verir ki, Bakıxanov qəsəbəsində kişi keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Cəfərov Ələkbər Cahangir oğlu ilə mübahisə edib.

Münaqişə zəmnində Ə.Cəfərov əvvəlcə keçmiş qaynatası tərəfindən döyülüb, daha sonra bıçaqla əlindən xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş, belin əzilmiş yarası diaqnozu qoyulub.

Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu