Millimiz Avropa çempionatına üç medalla başladı

Millimiz Avropa çempionatına üç medalla başladı
23:25 12-09-2019 | icon 35

Finlandiyanın Vantaa şəhərində keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı start götürüb.

milletinsesi.info xəbər verir ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən 60 kq-da yarışan Rövşən Əliyev gümüş, Əhməd Yusifov isə bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib.

İbrahim Əliyev üçüncü yer uğrunda qarşılaşmada Davud Abbaslını məğlub edib.

Beləliklə, millimiz qitə çempionatına üç medalla başlayıb.