Kanada Baş nazirinin təyyarəsi avtobusla toqquşdu - VİDEO

Kanada Baş nazirinin təyyarəsi avtobusla toqquşdu - VİDEO
22:15 12-09-2019 | icon 46

Kanadanın Baş naziri Castin Trüdonun təyyarəsi içində seçki kampaniyası üçün onu müşayiət edən jurnalistlərin olduğu avtobusla toqquşub.

Bu barədə media nümayəndələri sosial şəbəkələrdə məlumat paylaşıblar.

Hadisə sentyabrın 12-nə keçən gecə Viktoriya şəhərindəki hava limanında baş verib.

Avtobusun sürücüsü nəqliyyat vasitəsini təyyarə ilə yanaşı sürmək istəsə də, məsafəni düzgün ölçə bilmədiyi üçün qəza baş verib. Hadisə nəticəsində zərər çəkən olmasa da, avtobusa ciddi ziyan dəyib.

Hələlik Baş nazirin təyyarəsinin dəyişdirilib-dəyişdirilməyəcəyi bəlli deyil.