XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır
17:40 12-09-2019 | icon 29

Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır.

milletinsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Krımda qondarma “yerli seçkilər” sentyabrın 8-də keçirilib.