Dünyanın ən güclü elektrikli balığı tapıldı

Dünyanın ən güclü elektrikli balığı tapıldı
16:50 11-09-2019 | icon 33

Amazon hövzəsində dünyanın ən güclü elektrikli balığı kəşf edilib.

“Electrophorus voltai” adlandırılan və 2 metr 40 sm-ə qədər böyüyə bilən bu balıq növü 860 volt elektrik hasil edə bilir.

Zooloq Deyvid de Santananın rəhbərlik etdiyi qrup Cənibu Amerikanın ucqar nöqtələrindən topladığı 107 DNA nümunəsinin analizinin “Electrophorus voltai” və “Electrophorus varii” adlandırılan iki elektrikli ilan balığı növünün kəşf edildiyini açıqlayıblar. 

Kəşf edilən bu balıq növlərindən “Electrophorus voltrai” 860 volta qədər elektrik enerjisi verə bilir.

“Nature Communications” adlı elmi jurnalda yayımlanan araşdırmada isə bu balığın istehsal etdiyi enerjinin rekord ola biləcəyi qeyd edilib.

Qeyd edək ki, elektrik istehsal edən 250-yə yaxın balıq növü var. Elektrikli ilan balıqları isə elektrikdən ov etmək və özlərini qorumaq üçün istifadə edən yeganə balıq növüdür.