Qadın evini cəbbəxanaya çevirdi, atasından qaldığını dedi - FOTO

Qadın evini cəbbəxanaya çevirdi, atasından qaldığını dedi - FOTO
12:35 16-08-2019 | icon 35

Ağcabədi rayon sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayon sakini Afət Heydərovanın yaşadığı mənzilə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Heydərovanın yaşadığı evdən bir ədəd "Kalaşnikov", iki ədəd avtomat darağı, bir ədəd "Kalaşnikov" markalı avtomata aid bıçaq, avtomat patronları, "Toz" markalı tüfəng, 16 kalibrli qoşa lülləli tüfəng, bir ədəd qundağı çıxarılmış tüfəng, kustar üsulla hazırlanmış beşatılan tüfəng, bir ədəd "Naqan" tipli tapança, iki ədəd " İJ-37" siqnal tapançası, beş ədəd dəmirdən hazırlanmış xəncər, iki ədəd bıcaq, "F1" əl qumbarası, tüstü qumbaraları, ov tüfənginə aid çoxlu sayda patron aşkar edilərək götürülüb.

A.Heydərova maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Saxlanılan şəxs bu qədər silah-sursatın atasından qaldığını bildirib. 

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb.