Аzərbaycan əhalisinin sayı açıqlandı

Аzərbaycan əhalisinin sayı açıqlandı
11:50 16-08-2019 | icon 49

Аzərbaycan əhalisinin sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq, 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb. 

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.