NUŞİRƏVAN SƏFƏROV MƏHKƏMƏ QARŞISINDA – Tanınmış vəkil 300 min tələb edir

NUŞİRƏVAN SƏFƏROV MƏHKƏMƏ QARŞISINDA – Tanınmış vəkil 300 min tələb edir
10:50 16-08-2019 | icon 261

Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Bəhruz Bayramov Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Gununsesi.org-un xəbərinə görə, buna səbəb bir neçə ay əvvəl yol polisinin vəkili guya sərxoş avtomobil idarə edərkən saxlaması və onun barəsində yalan məlumatları KİV vasitəsi ilə ictimailəşdirməsi olub.

Həmin dövrdə sonradan bəlli oldu ki, Bəhruz Bayramov heç də yol polisinin iddia etdiyi kimi sərxoş avtomobil idarə etməyib və o, ayıq sürücü xidmətindən istifadə edib.

Hətta bununla bağlı həmin xidmətdən məhkəməyə məktub da təqdim edilib.

Ötən müddət ərzində BDYP-si bir neçə dəfə məhkəməyə müraciət etsə də sonradan bu müraciət qanunun tələblərinə uyğun hazırlanmadığından məhkəmə tərəfindən rədd edilib.

Sonda isə yol polisi vəkili məhkəməyə verməkdən vaz keçdi və vəkil barəsində işə xitam verib.

Ancaq Bəhruz Bayramov işgüzar nüfuzunun ləkələndiyini, ona qarşı qanunsuzluq baş verdiyini əsaslandıraraq BDYP-nə qarşı iddia qaldırıb.

(Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, rəsmi təkzib və üzr istənilməsi, vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiadan bəzi məqamları təqdim edirik:
Bildirirəm ki, 20 oktyabr 2018-ci il tarixində Gənclik metrosu yaxınlığında yerləşən “Orman” restoranında yaxınlarımla ailə üzüvümün birinin ad gününü qeyd edirdik. Az miqdarda spirtli içki qəbul etmişdim və ona görə də ayıq sürürcü xidməti olan “Ulduz 3000” xidmətindən istifadə etdim. Ayıq sürücü 22-23 radələrində Rəsulzadə qəsəbəsi, Aboyev adına parkın yanına gətirdi. “Ulduz 3000” şirkəti rəsmi arayış verərək onların xidmətindən istifadə etdiyimi təsdiqləmişlər. Mənim 99 LN 132 Prado markal avtomobilim məhləarası küçədə dayanmışdı, yaşadığım həyət evinə 70 metr qalmışdı. Avtomobilə yaxınlaşanda bu zaman 99 YP 349 nömrəli DYP-nin avtomobili dayandı. Bir nəfər özünü təqdim etmədən sənədlərimi istədi və bütün sənədlərimi əlimdən zorakılıqla aldı. Mən ona bildirdim ki, ayıq sürücü ilə gəlmişəm və avtomobili də idarə etməmişəm. Məni zorakılıqla DYP-nin avtomobilinə əyləşdirdilər. Yolda zəng vuraraq çəkiliş kameralarının gəlməsini və məni çəkib TV-də, mətbuat orqanlarında “biabır” edəcəklərini bildirdilər.

nusirevan seferov vilayet eyvazov dyp ramiz zeynalov azpolitika

Məni müayinədən keçmək üçün tibbi məntəqəyə gətirdilər. Məntəqəyə çatdıqdan sonra özləri kameralar vasitəsilə məni çəkərək, mətbuat orqanlarına, TV-lərə verəcəklərini bildirdilər. Tibbi müayinəni qanunsuz olaraq keçirdilər. Nə rəsmi protokol, nə də ki, müayinə aktı təqdim olunmadı. 22 oktyabr 2018-ci il tarixdə, saat 16:00-dan başlayaraq müxtəlif TV-lərdə o cümlədən Xəzər, Real, İctimai TV-də video görüntülərim yayılmağa başladı. Eyni zamanda Avtosfera.az, Türküstan.info, Lent.az, Modern.az, Qafqazinfo.az, Bakupost.az və onlarla digər saytlarda “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə Bakı şəhər Baş Polis İdarəsi DYP-nin rəsmi məlumatı yayılmağa başladı. Video götüntüləri hissə-hissə montaj edərək çəkilişləri yaymaqla məni biabır etmək, işgüzar nüfuzuma zərbə vurmaq məqsədi daşımışdır.

Bakı şəhəri BPİ DYPİ əməkdaşı T.Həsənəliyev tərəfindən İXP № 2144677 saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ mənə ünvanladığı məktuba əsasən mənim barəmdə olan inzibati xəta haqqında iş yol hərəkəti qaydasını pozmağıma dair hər hansı bir videogörüntünün, səsyazmanın əldə olunmaması və eləcə də mənim bu xətaya yol verməyimin şahidi olmaması səbəbindən bu hal Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1 və 53.0.1 maddələrinə əsasən barəmdə tərtib olunmuş İXP 2144677 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar ləğv olunaraq icraata xitam verilmişdir.

Hüquqi Pozuntular;
Bakı şəhər Baş Polis İdarəsi DYPİ-si tərəfindən barəmdə inzibati iş aparan zaman Azərbaycan Respublikası İXM-nin aşağıdakı maddələrinin tələbləri pozulmuşdur.

1. AR İXM-nin 96.4-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol tərtib olunmalı idi.
Belə bir protokol ümumiyyətlə mövcud deyildir.

2. AR İXM-nin 69.2-ci maddəsinə əsasən Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
Hal şahidləri ümumiyyətlə iştirak etməyiblər.

3. AR İXM-nin 69.3-cü maddəsinə əsasən Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.

4. AR İXM-nin 69.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.

5. AR İXM-nin 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.
Mənə ümumiyyətlə protokol təqdim olunmayıb.

6. AR İXM-nin 101.2-ci maddəsinə əsasən İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.

7. AR İXM-nin 51.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz.

Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməyə dair Bakı şəhər Baş Polis İdarəsi DYPİ inzibat işi Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi rayon Məhkəməsinin 03.XII.2018-ci il tarixli qərardadı ilə yuxarıda göstərilən qanun pozuntuları səbəbindən geri qaytarılmışdır. Yenidən İdarə tərəfindən Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş və 29 mart 2019-cu il tarixli qərardadı ilə İXM-nin tələblərinə əməl edilmədiyindən, materiallar natamam olduğundan geri qaytarılmışdır. Bakı şəhər Baş Polis İdarəsi DYPİ qərardadı 03.05.2019-cu il tarixdə rəsmi olaraq alsa da, 10 gün müddətinə şikayət verməmiş, iş üzrə icraata xitam verərək, sürücülük vəsiqəsini mənə qaytarmışdılar.

Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin əməkdaşları qanunsuz protokol tərtib etməklə yanaşı mənim etirazlarıma baxmayaraq qanunsuz video çəkilişini aparıb TV-də, mətbuat orqanlarına, saytlara verməklə şərəf, ləyaqətimi alçaltmış, işgüzar nüfuzuma böyük zərbə vurmuş, mənəvi sarsıntılar yaşatmış və külli miqdarda maddi ziyan vurmuşdur. Eyni zamanda AR İXM-nin 51.2-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddənin barəsində inzibati xəta aparan şəxsin razılığı olmadan şəxsin video, fotosunun çəkilib mətbuata verilməsi birbaşa qadağandır.
Hesab edirəm ki, bu qanunsuz hərəkətlər nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 32-ci (şəxsi toxunulmazlıq hüququ), 61-ci (təqsirsizlik prizumsiyası), Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi həyat və ailə həyatına hörmət hüququ), I protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) pozulmuşdur.Nəticə hissəsi;

Mən AR Vəkillər Kollegiyasının üzvü olaraq fəaliyyət göstərirəm. DYPİ-nin bu qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda ziyan dəymişdir. 19 Oktyabr 2018-ci il tarixdə “Big City Construction” MMC ilə 2 illik hüquqi yardım müqaviləsi bağlamışdım. Müqavilənin dəyəri hər ay üçün 1.000 (min) manat olmaqla 24.000 manat təşkil edirdi. 22 oktyabr 2018-ci il tarixdə mənim barəmdə TV-də, mətbuat orqanlarında bu barədə məlumat yayıldıqdan hüquqi şəxs müraciət edərək müqaviləni pozmuşdur. Təkcə 2 gün ərzində mənə dəyən maddi ziyan 24.000 manat təşkil etmişdir. 22 oktyabr 2018-ci ildən 25 noyabr 2018-ci il tarixə qədər hüquqi və fiziki şəxslərlə hər hansı bir müqavilə bu səbəbdən olmamışdır. Hal-hazırda da mənim barəmdə olan videogörüntülər “Youtube”da qalmaqdadır. Demək olar ki, insanların çoxu sosial şəbəkələrdən istifadə edir. Eyni zamanda vəkillik fəaliyyətimlə əlaqədar müraciət edən vətəndaşlar sosial şəbəkələrdə mənimlə maraqlananda bu məlumatlar, videogörüntülər ortaya çıxır. Bunun nəticəsi olaraq iş fəaliyyətim zəifləyir, gəlirlərim azalır. Məlumatların, videogörüntülərin qalması bu prosesi davamlı edir. Mülkiyyət hüququmun pozulması nəticəsində mənə 200.000 (iki yüz min) manat ziyan dəymişdir.

nusirevan yol polis

Bakı şəhər BPİ DYPİ-nin qanunsuz olaraq mənim videogörüntülərimin yayılması, mətbuatda xəbərlərin getməsi nəticəsində ağır iztirab çəkmişəm. Yaxınlarım, ailə üzvlərim narahatlıq keçirmişdir. Hesab edirəm ki, mənə dəyən mənəvi ziyan isə 100.000 (yüz min) manat təşkil edir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur.
AR MM-nin 23.1-ci maddəsinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
AR MM-nin 23.4-cü maddəsinə əsasən Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

AR MM-nin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
AR MM-nin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

behruzbay

Vəkil iddiasında məhkəmədən aşağıdakı tələbi də irəli sürüb:

1. Bakı şəhər BPİ DYPİ tərəfindən mən sərxoş vəziyyətdə avtomobili 20 oktyabr 2018-ci il tarixdə idarə etməyim barədə məlumatı həmin idarə tərəfindən “Bayramov Bəhruz Front oğlu sərxoş halda avtomobili idarə etməyib rəsmi üzr istəməklə bu xəbəri təkzib edirik” mətnlə Xəzər, Real, İctimai TV-də, Avtosfera.az, Türküstan.info, Lent.az, Modern.az, Qafqazinfo.az, Bakupost.az saytlarında rəsmi təkzib edilməsi;

2. Vurulan maddi, mənəvi, şərəf ləyaqətimin, işgüzar nüfuzuma vurulan ziyana görə Bakı şəhər BPİ DYPİ-dən 300 000 (üç yüz min) manat tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarasınız.