32 yaşlı kişini maşın vurdu

32 yaşlı kişini maşın vurdu
04:00 16-08-2019 | icon 26

 Nərimanov rayonunda 32 yaşlı kişini maşın vurub.

milletinsesi.info xəbər verir ki, minik avtomobili 1987-ci il təvəllüdlü Sadıqov Nasir Novruz oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması, ayağın açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.