Xətaidə iki avtomobil toqquşdu, ana və qızı xəsarət aldı

Xətaidə iki avtomobil toqquşdu, ana və qızı xəsarət aldı
02:20 16-08-2019 | icon 32

Xətai rayonunda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb.

milletinsesi.info xəbər verir ki, “Xəzər” televiziyasının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində ana və qızı - 1986-cı il təvəllüdlü Nəsirova Aytəkin Zöhrab qızı, 2007-ci il təvəllüdlü Nəsirzadə Nəsrin Zaur qızı yaralanıblar.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

A.Nəsirovaya burunun açıq sınığı, N.Nəsirzadəyə isə üzün və dodaqların kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.