Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq
01:50 16-08-2019 | icon 23

Bu gün bir neçə ərazidə qazın verilməsində fasilələr yaranacaq.

Bu barədə milletinsesi.info-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 10:00-dan etibarən orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun Xırdalan kəndi, “Mexkalon” adlanan yaşayış massivində bir qrup istehlakçının qaz təchizatı dayandırılacaq.