Xaçmazda iki VAZ toqquşdu: yaralılar var - FOTO

Xaçmazda iki VAZ toqquşdu: yaralılar var - FOTO
23:55 15-08-2019 | icon 23

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ - 2106” markalı avtomobillə “VAZ - 2107” markalı maşınların toqquşması 4 nəfəri xəstəxanalıq edib.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi rayon xəstəxanasının travmotologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.