Bakıda adam vuran "Maserati" kimindir?

Bakıda adam vuran "Maserati" kimindir?
21:21 15-08-2019 | icon 250

Bakıda bir neçə gün əvvəl "Maserati" markalı avtobillə qəza törədilib. Oxucuların Criminal.az saytına verdiyi məlumata görə, qəzanın harda və nə vaxt baş verməsi məlum deyil.
Qəzaya uğramış "Maserati"nin görüntüsü təxminən 10 gün əvvəl çəkilib. Oxucu tərəfindən göndərilən fotodan görünür ki, avtomobil evakuatorla harasa aparılır. 
Criminal.az bildirir ki, "Maserati"nin kimə məxsus olduğu qəzadan bir neçə gün keçməsinə baxmayaraq, hələ sirr kimi saxlanılır. Əslində belə məlumatlar açıq olmalıdır. Maşın görüntüləri ortadadır, qəza törədən avtomobil evakuator xidmətinə məxsus avtonəqliyyat vasitəsilə təmirə aparılır.
Qanunvericiliyə görə, qəza törədən maşınların yol polisi tərəfindən müvafiq icazə olmadan təmirinə icazə verilmir. Maraqlıdır, qəza baş verib, lakin istər rəsmi, istərsə də, mediada belə bir hadisəyə rast gəlinmir.
Qəzaya düşən avtomobilin fotolarından da görünür ki, "Maserati"nin dəmir konstruksiyaları ilə yanaşı, ön şüşəsində kənardan adam dəyməsi nəticəsindən yaranmış deformasiya və çatlar var. Ona görə də, ehtimal etmək olar ki, "Maserati" markalı avtomobil adam vurub. 
Onu da əlavə edək ki, Azərbaycanda "Maserati" markalı avtomobillər az saydadır. Bu vaxta qədər baş vermiş "Maserati" qəzalarında sürücülərin əksəriyyəti yüksək vəzifəli və ya zəngin şəxslərə məxsus olması üzə çıxıb. 
"Maserati" avtomobillərinin qiyməti 70-140 min dollar civarındadır.