Britaniyalı ulduz sevimli əşyalarını satışa çıxardı - Yardım üçün

Britaniyalı ulduz sevimli əşyalarını satışa çıxardı - Yardım üçün
20:50 15-08-2019 | icon 40

Dünya şöhrətli müğənni Ed Şiran xeyirxah addımla diqqət mərkəzinə düşüb.

milletinsesi.info xəbər verir ki, sənətçi İngiltərənin şərqində, ehtiyacı olanlara yardım məqsədilə 300 ədəd şəxsi əşyasını bağışlayıb.

Bunların arasında köynəklər, gödəkçələr, idman ayaqqabılar və hətta musiqiçinin dörd simli gitarası da var.

Həmin əşyalar mağazaya göndərildikdən sonra səyyar satışa çıxarılıb.

Əşyaların satışından əldə olunan gəlir uşaq xəstəxanalarına və Afrikadakı aclıq problemini həll edən “Aclığa qarşı yüksəliş” xeyriyyə fonduna köçürüləcək.

Rəşad Əliyev