ABŞ İranın supertankerini ələ keçirmək istəyir

ABŞ İranın supertankerini ələ keçirmək istəyir
18:00 15-08-2019 | icon 23

ABŞ Ədliyyə Departamenti Cəbəllüttariq hökumətinə müraciət edib ki, ötən ay Britaniya tərəfindən saxlanılan İran gəmisinin buraxılmasını təxirə salsın.

“Aljazeera” xəbər verir ki, bu barədə Cəbəllütariq hökumətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, ABŞ “Grace 1” gəmisinə əl qoymaq istəyir.

“Bu məsələyə Cəbəllütariq Ali Məhkəməsində baxılacaq”, - deyə hökumət bəyan edib.

Qeyd edək ki, bu il iyulun 4-də Cəbəllütariqin liman nümayəndələri və polisin Böyük Britaniya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi əməliyyat zamanı İranın “Grace 1” supertankeri saxlanılıb.

Gəminin Suriyaya qeyri-qanuni yolla xam neft daşıdığı bildirilib. Məlumata görə, “Grace 1” gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozaraq hərəkət edib.

Bu isə İranla və Qərb arasında gərginliyin daha da artmasına gətirib çıxarıb.

Tehran gəmisinin ələ keçirilməsinə etiraz edib. Həmçinin, Avropanın sanksiyalarına baxmayaraq, Suriyaya qeyri-qanuni neft daşıdığına dair ittihamları rədd edib.

Aqşin Kərimov