Bakının ictimai çimərliyi: heç pullular belə deyil - REPORTAJ

Bakının ictimai çimərliyi: heç pullular belə deyil - REPORTAJ
16:05 15-08-2019 | icon 39

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakının bir neçə yerində ictimai çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Həmin ictimai çimərliklərdən biri də Buzovna ərazisində təşkil olunub.

Baku TV əməkdaşları sözügedən çimərlikdə yaradılmış şəraitlə tanış olmaq üçün həmin ərazidə olub.

Əvvəllər baxımsız vəziyyətdə olan ərazi tamamilə təmizlənərək yeni çimərlik yaradılıb.

Belə ki, burada soyunub-geyinmə kabinləri, duş, sanitariya qovşaqları, futbol və voleybol meydançaları yaradılaraq istirahətə gələn vətəndaşların istifadəsinə verilib.

Bundan başqa, dəniz kənarına uzanan yola asfalt çəkilib və avtomobil dayanacağı yaradılıb.

İstirahətə gələn vətəndaşlar yaranmış şəraitdən çox məmnun qaldıqlarını deyərək, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Buzovnadan əlavə, Şıx və Goradil ərazilərində də bu cür ictimai çimərliklər təşkil olunub.

Sail Ağasəlim
Valeh Arifoğlu