İnam Kərimov milyonları kimə yedirir? Nazirliyin 12 tenderini “CON-SOL GROUP” MMC şirkəti necə udub?!

İnam Kərimov milyonları kimə yedirir? Nazirliyin 12 tenderini “CON-SOL GROUP” MMC şirkəti necə udub?!
13:22 15-08-2019 | icon 228

Kənd Təsərrüfatı Nazirliyi 12 rayonda xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisi üzrə tenderin nəticələrini elan edib.

Nazirlikdən verilən məlumata görə, bu tenderləri “CON-SOL GROUP” MMC şirkəti qazanıb.
Sözügedən tenderlər Beyləqan, Ağstafa, Ağcabədi, Tovuz, Şəmkir, Şəki Qaxzax, Samux, İsmayıllı, İmişli, Göygöl və Goranboy rayonlarını əhatə edib.

Tenderin nəticələri olaraq adı çəkilən şirkət “CON-SOL GROUP” MMC  ilə 3,9 milyon manatlıq müqavilələr bağlanıb. Eyni MMC-nin qalib elan edilməsi isə müəyyən şübhələrə səbəb olub. 

Mənbə Azpolitika.info