Hikmət Cavadov dövlət televiziyasında belə ifşa olundu — VİDEO

Hikmət Cavadov dövlət televiziyasında belə ifşa olundu — VİDEO
13:05 15-08-2019 | icon 89

Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan “Nəsillərin debatı” proqramında tanınmış jurnalist Aygün Muradxanlı diasporumuzun problemlərindən danışıb. 

Millətinsəsi.info xəbər verir ki, sözügedən proqramda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov da iştirak edib. 

Özünü Azərbaycan hakimiyyətinin müəyyən dairələrinə "əvəzolunmaz diaspor lideri" kimi sırımağa çalışan Hikmət Cavadov qonağı olduğu verilişdə çıxılmaz vəziyyətə düşüb. Belə ki, jurnalist Aygün Muradxanlı Ukraynada diasporumuzun üzləşdiyi problemlərlə bağlı ona haqlı və ifşaedici faktları sadalayıb. 

Xanım jurnalist Ukraynadakı Azərbaycan diasporunun yarıtmaz fəaliyyətini tənqid edərək bildirib ki, 500 mindən çox soydaşlarımızın yaşadığı Ukraynada Azərbaycan diasporu artıq keyfiyyət mərhələsinə keçməlidir.

Image result for Aygün Muradxanlı

Daha sonra A.Muradxanlı sözügedən proqramda qonaq olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadova üz tutaraq, onu təşəbbüskar olmağa çağırıb:

"Ukraynada fəaliyyət göstərən diaspora olaraq siz artıq keyfiyyət mərhələsinə keçməlisiniz, ölkənin siyasi səhnəsində görünməlisiniz. Hesab edirəm ki, siz yalnız Azərbaycandan nə isə gözləməməlisiniz. Mənə elə gəlir ki, sizdə təşəbbüskarlıq çatışmır. Bu, daha çox Postsovet ölkələrində fəaliyyət göstərən diasporlarımıza aiddir. Misal üçün, sizin fəaliyyətinizdə lobbiçilik çox az hiss olunur...".

Ətrfalı təqdim etdiyimiz videoda: