Sürücü yuxuladı, “Mercedes” yük maşınına çırpıldı - FOTO

Sürücü yuxuladı, “Mercedes” yük maşınına çırpıldı - FOTO
13:05 15-08-2019 | icon 46

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 34-cü km-də, Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Sükan arxasında yuxuya gedən “Mercedes” markalı maşının sürücüsü istiqamətini dəyişərək, yol kənarında dayanan yük maşınına çırpılıb.

Nəticədə sürücü yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.